Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin nümayişi oldu

0

  •  

    19.04.2022-ci il tarixində Goranboy rayonunun Aşağı
    Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon mədəniyyət evində “Xankəndi”
    Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gəlmiş “Vətən
    müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin nümayiş oldu. Filmin nümayişində
    Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və
    humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Milli Qəhrəman Şirin
    Mirzəyevin həyat yoldaşı, 122 saylı Xankəndi seçki dariəsindən IV və V çağırış deputatı Flora Qasımova, “Xankəndi”
    Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Xocalı
    rayon mədəniyyət müəssisələrinin rəhbərləri və işçiləri, şəhid ailələri və rayon
    ictimaiyyəti iştirak etdilər.

    Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü
    uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad
    edildi. 

    Lamiyə Qarayeva çıxış edərək bildirdi ki, 27 sentyabr 2020-ci il Azərbaycanın tarixində, qəhrəmanlıq
    salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər
    yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti
    hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma
    keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən
    uğrunda ölüm-dirim savaşına qalxdı. Silahlı Qüvvələrimiz bütün dünyanın suveren
    Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları
    düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı.

    Flora Qasımova çıxışında Azərbaycan
    30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar
    apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdığını qeyd etdi. Bildirdi ki, işğalçı dövlətlə danışıqlar heç bir nəticə vermədi. Azərbaycan işğalla barışa bilməzdi və
    barışmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi
    bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi.
    Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc
    toplamağa başladı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da
    dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi
    texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı.

    "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva çıxışında ictimai birliyin fəaliyyətindən söz açdı. Bildirdi ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər
    bir sıra uğurlu layihələr həyata keçirmişdir. Bu işləri görərkən əsas məqsəd Vətənə,
    xalqa xidmət olmuşdur. Vətən müharibəsində Xankəndi şəhərindən olan üç hərbiçimiz
    – ehtiyyatda olan leytenant Cavadov Namiq Rəhbər oğlu, müddətdən artıq həqiqi hərbi
    qulluqçu Nəsirov Xəqani Kamran oğlu və əsgər Əhmədov Nicat Həsən oğlu şəhid
    olmuşdur. Eyni zamanda Xankəndi şəhərinin onlarla Vətən müharibəsi qazisi və
    veteranı var. Onların şərəfli döyüş yolunun indiki və gələcək nəsillərə
    çatdırılması üçün ictimai birliyimiz əlindən gələni edir.

    Sonda “Xankəndi” Məcburi Köçkünlərə
    Dəstək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına
    Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gəlmiş “Vətən müharibəsinin
    Xankəndi şəhidləri” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi.

                                                                          Hafiz ABBASOV,Xocalı rayon Mədəniyyət evinin
    direktoru

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib46 dəfə
    “Vətən müharibəsinin Xankəndi şəhidləri” adlı sənədli filmin nümayişi oldu

    Maraqlı gələ bilər
    39
    61